Katarakt

Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı

KRİMİNAL
15:56 12.06.2021
208
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən, Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş İlkin Səlimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada yetişdirdiyi 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR