Yevlaxda dəhşətli qəza: 4 ölü

Yevlaxda dəhşətli qəza: 4 ölü
Bütün Xəbərlər
16:22 23.02.2015
2114
Faktla bağlı araşdırma aparılır.
Yevlaxda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində yük avtomobili ilə “Toyota” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan sürücüü və üç sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR