Yevlaxda müəllimə məktəbdə qardaşı tərəfindən öldürüldü

Yevlaxda müəllimə məktəbdə qardaşı tərəfindən öldürüldü
Bütün Xəbərlər
16:55 12.01.2016
1681
Yevlaxda qətl hadisəsi baş verib.
AZXEBER.COM  APA-ya istinadən bildirir ki, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.
Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı Yevlax şəhərindəki musiqi məktəbinin qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A.Süleymanova hadisə yerində dünyasını dəyişib.
Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR