Yevlax rayonunda keçirilən toy məclisində qan tökülüb. Rayon Polis Şöbəsindən milli.az-a verilən məlumata görə, qanlı hadisə “Gül” şadlıq sarayında qeydə alınıb. Toy məclisinin qonağı olan Elşən Abdullayev xuliqanlıq zəminində Xəyyam Şirinova və Ehtiram Bayramova bıçaqla xəsarətlər yetirib. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.