“Yıxa bilmirik, uğurlarına ortaq olaq”

“Yıxa bilmirik, uğurlarına ortaq olaq”
KÖŞƏ
23:04 25.02.2019
8574
 Azər Həsrət
 
Çox narahatdırlar. Manipulyasiya üçün əl atdıqları hər bir tutarqa əldən çıxır. Özü də hər keçən gün, ən adi tutarqalar belə buxarlanıb gedir. Göz görə-görə. Heç nə edə bilmirlər. Bir tərəfdən təzəcə hücuma hazırlaşırlar ki, dərhal əlləri havada qalır.

Müxalifət öndərliyinə iddia edənləri deyirəm. Yatır-durur, yuxuda gördüklərinə əvvəl özlərini inandırır, sonra da bir gerçək kimi cəmiyyətə sırımağa çalışırlar. Amma qarşılarındakının heç nəyə və heç kimə baxmadan öz plan-proqramları üzrə sabit yüksələn xətlə hərəkət etməsi onların o cəfəng yuxularını ərşə çəkir, iddialarını alt-üst edir.

…Prezident İlham Əliyev 25 fevral günü ərzində əhalinin sosil-iqtisadi durumunu – rifah halını yüksəltməyin vacibliyi haqqında danışdı. Bəzi jurnalist həmkarlarım bu fikri dəyərləndirməyimi xahiş etdi. Elə o anda da president.az saytında məsələylə bağlı yeni bir sərəncam dərc edildi. Sözdən əmələ keçid arasında bir saat belə müddət olmadı…

Bəlli oldu ki, Prezidentin sosial müavinətlərlə bağlı son addımları sonucu 570 min vətəndaşımız ciddi rəqəmlərlə ifadə olunan maliyyə artımı alacaq. Üstəlik, bu da son deyil və proses davam etdiriləcək. Bunu da Prezidentin özü fevralın 25-də keçirilmiş müşavirədə şəxsən bəyan etdi.

İl başlayandan intensiv şəkildə davam etdirilən bu sosial yönümlü siyasət bəzi müxaliflərin iddialarını bir qədər də tirajlaması üçün fürsət imiş. Ona görə də durmadan iddia edirlər ki, Prezident onların təşkil etdiyi etirazlardan çəkindiyi üçün bu addımları atır…

Çox cılız və əsassız iddiadır, deyilmi? Yanvarın 19-da 3 min adamı güc-bəla ilə bir meydana toplamış müxaliflər iddia edir ki, Prezident onların etirazından çəkindiyi üçün belə addımlar atır. Belə baxanda, bilgisiz insanlar bu boş iddiaya inana bilər. Çünki bəzi qərarlar məhz o tarixdən sonraya təsadüf edir. Amma bu manipulyatorlar bir şeyi unudur: bu gün gerçəkləşən addımların təməlləri bəzən aylar, bəzən də illər öncə atılıb axı. Yəni bunların mitinq-mitinq oyunundan aylar, illər öncə…

Prezident İlham Əliyevin çıxışlarına ardıcıl qulaq asanlar bunun belə olduğunu çox rahat şəkildə müəyyən edə bilərlər. Heç uzağa getmək lazım deyil. Elə fevralın 25-də keçirilmiş müşavirədə səslənən çıxışdan qısa bir sitata diqqət çəkək: "Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq”.

Yaxud, daha bir sitat: "Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır”.

Prezident öz çıxışında rəqəmlər də səsləndirdi. Rəqəmsə elə bir şeydir ki, daşdan da keçər. Örnək üçün, dedi ki, 6 minə yaxın məcburi köçkün ailəsi 2018-ci ildə mənzillə təmin edilib. Yaxud da 6 yüzdən çox şəhid ailəsinin mənzil problemi həll olunub. Bunların kiminsə mitinq keçirməsinə görə baş vermədiyini deməyə lüzum belə yoxdur.

Prezident İlham Əliyev bir də onu əlavə edib ki, 2019-cu il ərzində 7 min civarında köçkün, 8 yüz civarında şəhid ailəsi dövlət hesabına mənzillə təmin ediləcək. Bunu da mitinqçilər bir yerə yazsınlar. Nə olar, nə olmaz. İlin sonunda bu planlar yerinə yetirilmək üzrəykən yenə kimsə çıxıb mitinq edər, sonra da iddia irəli sürər ki, onlar tələb etdi deyə baş verdi bütün bunlar…

Biz, belə örnəkləri artıra da bilərik. Lakin məqsədimiz bu deyil. Məqsədimiz, sadəcə atılan addımları əsassız iddialarla gözdən salmaq istəyənlərin ictimai rəyi aldatmasına imkan verməməkdir. Hələ xatırlatmaq da istərdik ki, Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi islahatların, əhalinin rifah halının yüksəldilməsinə yönəlik addımların anonsu ötən ilin aprelində keçirilmiş prezident seçkisindən öncə verilmişdi. Yəni bu gün həyata keçirilən proqramlar yetərincə uzun müddət öncədən cızılan yol xəritəsi əsasında baş tutur. Kimlərinsə sosial mediada apardığı təbliğatın – stəkanda fırtına cəhdlərinin atılan addımlara heç bir formada dəxli və təsiri yoxdur, ola da bilməz.

Ümumiyyətlə isə, Prezident İlham Əliyev sadəcə söz deyil, əməl adamıdır. O, daim sadə Azərbaycan vətəndaşını düşünür, özünü onun yerinə qoyur, dərdini-ağrısını özününkü kimi qəbul edərək davranır. Ona görə də prezidentliyi dövründə yoxsulluqla mübarizədən bir an da olsun geri durmayıb.

Bir də Prezident İlham Əliyevin hesablaşdığı bir iradə var. Bu iradə Azərbaycan xalqının iradəsidir. Azərbaycan xalqı deyəndə, Prezident insanları iqtidara-müxalifətə bölmür. O, hər bir vətəndaşı eyni dərəcədə düşünür, hər bir vətəndaşın ağlabatan fikirlərini eyni dərəcədə diqqətə alır. Ona görə də nə vaxtsa xalqın bəlli bir kəsiminin dilindən səslənmiş fikirlərin uğurla həyata keçirilməsini görüb fürsətcillik edənlər çox da həvəslənməsinlər. Prezident İlham Əliyevin hakimiyyət dönəmində uğurla gerçəkləşdirdiyi addımlar onun siyasi kapitalını artırdığı kimi "rəqiblərinin” bənzər kapitalını iflas həddinə çatdırmışdır artıq. Siyasi manipulyasiya edənlər də bunu yaxşı anlayır. Anladıqlarındandır ki, Prezidenti tənqidlə yıxa bilmədiklərinə görə, heç olmasa uğurlarına ortaq olmağa çalışırlar ki, bu da baş tutan deyil…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli