Azərbaycanda da maraqlanan izlənən “Öyle bir geçer zaman ki” serialının yeni mövsüm fraqmenti yayılıb. Serialın çoxdan gözlənin 39-cu seriyası sentyabrın 6-da nümayiş olunacaq.Yeni mövsümün musiqili təqdimatında Osman məktəbə getməyə başlayır. 1-ci sinifə getməyə hazırlaşan Osman həmişəki kimi çox şirindir. Qeyd edək ki, o, məktəbə gedər-getməz aşiq olacaq. Osman Gülden adlı sinif yoldaşına platonik eşq bəsləyəcək.Metinin musiqi sahəsində irəliləyəcəyi güman edilir. Cəmilə və övladlarının yaşadığı ev də ötən mövsümdəkindən fərqli olaraq, yenilənmiş kimi görünür.
//Ans Press