Yol hərəkəti qaydaları ilə bağlı yeni portal yaradıldı -SÜKAN.AZ

Yol hərəkəti qaydaları ilə bağlı yeni portal yaradıldı -SÜKAN.AZ
Bütün Xəbərlər
00:17 23.01.2012
11413

Azərbaycanda yol hərəkəti qaydalarıiləbağlı SUKAN.AZ informasiya portalıyenidən istifadəyəverilib. Portalda sürücülük vəsiqəsinin alınmasıüçün verilən suallara oxşar onlayn avto test bazası da yenilənmişdir.Bu barədə"ProDemos"İctimai Birliyinin sədri Xanlar Ağalarov AZXEBER.COM-a məlumat verib.

Vətəndaşlar suallara cavab verməkləimtahana hazır olub-olmamalarınımüəyyən etmək imkanına malikdirlər. Həmçinin saytda yol hərəkəti sahəsindənormativ sənədlər, yol nəqliyyat hadisələri haqqında xəbər lenti vəvideo materiallar, onlayn avto-çat, sual-cavab bölməsi mövcuddur. Saytın xdimətlərindən istifadəetməkləvətəndaşlar piyadaların məsuliyyəti, piyada-sürücümünasibətləri, yol nəqliyyat hadisələri zamanızəruri addımlar barədəməlumatlarıəldəedəbilərlər.

"Sukan.az" portalında mövcud olan avtomobillərüçüntexniki baxışvəgömrük rəsmiləşdirməsi kalkulyatorlarındanistifadəetməkləqanunla müəyyən edilmiş ödənişlərin məbləği barədəhesablamalar aparmaq olar. Saytın yaradılmasında məqsəd vətəndaşlarısürücülük vəsiqəsi almaqüçün imtahana hazırlamaq, insanlarıdaimi və operativ vasitələrləyol hərəkəti vətəhlükəsizliyi qaydalarıbarədəməlumatlandırmaq, məktəbliləri daha asan vəyaddaqalanüsullarla yol hərəkət qaydalarıhaqqında maarifləndirmək, sürücüvəpidaya etikasının, sürücülər arasında vəpiyadalara münasibətdəbir-birinəhörmətin təşviq edilməsindən ibarətdir.

İnformasiya portalının fəaliyyətində məqsədi vətəndaşları sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlamaq, insanları daimi və operativ yol hərəkəti, təhlükəsizliyi qaydaları barədə məlumatlandırmaq, məktəbliləri daha asan və yaddaqalan üsullarla yol hərəkəti qaydaları haqında maarifləndirmə, sürücü və piyada etikasının, sürücülər arasında, piyadalara münasibətdə hörmətin təşviq edilməsindən ibarətdir.Portal Prodemos İctimai Birliyi tərəfindən yaradılmışdır.

OXŞAR XƏBƏRLƏR