Yol kənarında çiçək əkən 22 yaşlı gənc faciəvi şəkildə öldü

Yol kənarında çiçək əkən 22 yaşlı gənc faciəvi şəkildə öldü
Bütün Xəbərlər
10:10 30.04.2013
1386
Bu gecə Bakının Binəqədi rayonu ərazisində piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Beynəlxalq Avtovağzalın yaxınlığında, Bakı-Sumqayıt yolunda Mətləb Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 22 yaşlı Pərvin Orucovu vurub. Zərbənin gücündən piyada yerindəcə ölüb.Araşdırmalar zamanı müəyyən edilib ki, Pərvin Orucov həmin ərazidə fəhlə işləyirmiş. O, yolun kənarında çiçəklər əkirmiş.
OXŞAR XƏBƏRLƏR