Yol polisi ağır qəza törədib, 8 yaralı – FOTO

Yol polisi ağır qəza törədib, 8 yaralı –  FOTO
Bütün Xəbərlər
17:18 14.08.2015
2393
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının iştirakı ilə yol qəza hadisəsi baş verib.
AZXEBER.COM  AzNews.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə 99 YP 397 dövlət nömrə nişanlı avtomobili idarə edən polis əməkdaşı ağır qəza törədib.
İşıqforun qadağan olunmuş işığında yolu keçən polis əməkdaşı sərnişin avtobusu ilə toqquşub. Nəticədə DYP əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Sərnişin avtobusunda isə 7 nəfərin xəsarət aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR