Həmin tarixdə Z.Nərimanova idarə etdiyi «Nissay Sanny» markalı avtomobili 28 May küçəsi Fikrət Əmirov küçəsinin kəsişməsində 288 saylı marşurut avtobusu ilə toqquşub.Polis izahat almadan protokol tərtib edib
Zemfira Nərimanova deyir ki, sentyabrın 26-da onu qonaq çağırıblar. Hədiyyə almaq üçün F.Əmirov küçəsində dükan axtarırmış. Həmin gün güclü yağış yağdığından avtomobillərin idarə edilməsində problmlər yaranmışdı. Aktrisa Əmirov və 28 May küçəsinin kəsişməsində «Stop» yol nişanında bir qədər dayanmalı olub: «Sonra sol tərəfdən heç bir avtomobilin gəlmədiyini görüb hərəkətə keçdim. Bu zaman avtomobilin qarşısından keçən iki nəfər yaşlı piyadının keçməsini gözlədim və bundan sonra yola davam etdim». Elə bu vaxt sürətlə gələn «DAEWOO» markalı, 288 saylı marşrut avtobusu avtomobilin arxa sol hissəsindən vurub. Yağışlı havada yüksək sürətdən idarəetməni itirən sərnişin avtobusu sürüşərək qarşıda duran «VAZ 2107» və «BMW» markalı avtomaşınlarla toqquşaraq, onalara xəsarət yetirib.
«Həmin vaxt mən huşumu itirmişdim. Özümə gələndə qolumun zədələndiyini gördüm. Şahidlər qəzanın avtobusun yüksək sürətlə hərəkətdə olmasına görə baş verdiyini təsdiqləsə də, yol polisi başqa ölçü götürüb.
Z.Nərimanova Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinə gedərək ondan izahat alınmasını tələb etsə də, polis əməkdaşı Azər Qarayev bundan imtina edib.
Maraqlıdır, xalq artistindən izahat almaqdan imtina edən Nəsimi rayon DYPŞ sentyabrın 27-də inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Protokolda Z.Nərimanovanın yol nişanının tələbini pozduğunu, marşrut avtobusuna toqquşduğunu, hətta guya zərbənin təsiri nəticəsində avtobus idarəetməni itirərək qarşıda duran maşınları da vurduğunu göstərir.
Lakin Nəsimi rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi polis şöbəsi tərəfindən protokolun düzgün tərtib olunmadığı sübuta yetirilib. Məhkəmənin çıxardığı qərarda göstərilir ki, Z.Nərimanovanın barəsində başlanmış inzibati işdə xəta tərkibi olmadığından xitam verilsin.
Polisdən xalq artistinə əxlaqsız təklif
Burada maraq doğuran iki məsələ ortaya çıxır. Birincisi, şahidlərin sözündən aydın olur ki, hadisənin baş verməsinin günahkarı 288 saylı marşrut sürücüsü Vaqif Həsənov olub. Lakin polis bu məsələnin üzərindən keçib. Bundan əlavə polis şöbəsində xalq artistindən izahat almaqdan ən üçün imtina edib? Z.Nərimanova ondan izahat alınmasını tələb etsə də, əvəzində yol polisinin əməkdaşı Azər Qarayevin əxlaqdan kənar hərəkəti ilə üzləşib. Onun cəzalandırılması üçün xalq artisti daxili işlər naziri Ramil Usubova şikayət məktubu ünvanlayıb. Şikayətdə deyilir: «Hadisə yerinə gələn polis əməkdaşları bütün qanuni hərəkətləri edəcəklərinə söz versələr də, sonradan mənim izahatım alınmadı, işə etinasız yanaşıldı. Bu ərəfədə polis əməkdaşı Azər Qarayev mənə ikibaşlı təkliflərlə müraciət edərək, onun barəsində bir kişi kimi nə düşündüyümü soruşdu, əxlaq normalarına uyğun gəlməyən atmacalar atdı. Mən ona polis mundirini ləkələməməyini tövsiyyə etdim. O isə bundan nəticə çıxarmaq əvəzinə yol qəzası barədə sənədləri saxtalaşdırıb, məhkəməyə təqdim etdi…
Hörmətli, Ramil müəllim.
Bir polis əməkdaşının qərəzli hərəkəti ucbatından artıq 8 aydır ki, mən avtomobilsiz qalmışam, vaxtımı məhkəmələrdə tükətməli olmuşam, mənəvi iztirablara məruz qalmışam. Güman edirəm ki, Siz bir hüquq mühafizə orqanının rəhbəri kimi təqsirkarlırının cəzalanmasına, ədalətin bərpa olunmasına, o cümlədən mənə dəyən zərərin ödənilməsinə öz tövhənizi verəsiniz».
/// bizimyol