Yol polisi qadağan olunmuş yerlərdə avtomobil park edən sürücülərə qarşı reyd keçirir

Yol polisi qadağan olunmuş yerlərdə avtomobil park edən sürücülərə qarşı reyd keçirir
Bütün Xəbərlər
11:10 16.09.2013
1124
Bakıda yol polisi reyd keçirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, reyd yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt məktəblərinin yanında dayanma və durma qadağan olunmuş yerlərdə avtomobil park edən sürücüləri aşkarlamaq məqsədilə keçirilir.

V. Əsədov bu gün Yasamal və Səbail rayonlarında təhsil ocaqlarının yaxınlığında dayanma və durma qaydasını pozan 27 avtomobilin evakuasiya edildiyini bildirib.

Şöbə rəisi həmçinin qeyd edib ki, bu saata kimi paytaxtda 2 yol qəzası baş verib və qəzalar xəsarətsiz ötüşüb.//apa

OXŞAR XƏBƏRLƏR