Yol Polisi sürücülərə müraciət etdi - RƏSMİ

Yol Polisi sürücülərə müraciət etdi -  RƏSMİ
Bütün Xəbərlər
11:56 12.12.2013
980

Qarlı və şaxtalı hava bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

Quba-Qusar və İsmayıllı-Muğanlı magistral yollarında buzlaşma müşahidə olunsa da, yollar nəqliyyatın hərəkəti üçün açıqdır: “Yollar qardan təmizlənir, nəqliyyatın hərəkəti tənzimlənir. Lakin hər hansı hadisənin baş verməməsi üçün sürücülərdən diqqətli olmaları tələb edilir. Sürücülərdən idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələri, yüksək sürətdən uzaq olmaları xahiş olunur”.

K. Əliyevin sözlərinə görə, ötən gün respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də yağmurlu hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. İdarədənAPA-ya bildirilib ki, qarlı hava şəraiti paytaxtın bəzi yollarında tıxaca səbəb olub. Hazırda yol polisi paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər görür.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin hələ qaldığını nəzərə alaraq, sakinləri mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO
13:57 09.04.2026
Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
13:50 09.04.2026
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Yaşar Əməşov bu quruma rəis müavini təyin edildi
13:44 09.04.2026
Yaşar Əməşov bu quruma rəis müavini təyin edildi
Varlı olmağa meyilli 5 bürc - SİYAHI
13:40 09.04.2026
Varlı olmağa meyilli 5 bürc - SİYAHI
Boşanmalar bu ərazilərdə yenə artdı – “Aliment almaq üçün ərə gedib boşananlar da var”
13:38 09.04.2026
Boşanmalar bu ərazilərdə yenə artdı – “Aliment almaq üçün ərə gedib boşananlar da var”
"Yeni Klinika"da xəstə ölümünə görə bu həkimə hökm oxundu
13:37 09.04.2026
"Yeni Klinika"da xəstə ölümünə görə bu həkimə hökm oxundu
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
13:24 09.04.2026
Azərbaycanda 200-dən çox kişi arvadının soyadını götürüb - Son 3 ildə
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
13:16 09.04.2026
"Gənc müğənniləri tərifləmək lazım deyil" - Asif Kərimov
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
13:11 09.04.2026
“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
13:03 09.04.2026
“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
13:00 09.04.2026
İcra başçısı “Əlaçı” verilişinin qalibi ilə görüşdü - FOTOLAR
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
12:40 09.04.2026
“Məqsədim qlobal arenada güclənməkdir” - Hidayət Heydərov
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
12:36 09.04.2026
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
O da "Uzak şehir"in heyətinə qatıldı
12:35 09.04.2026
O da "Uzak şehir"in heyətinə qatıldı
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
12:12 09.04.2026
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR
12:04 09.04.2026
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi - FOTOLAR