Yol polisi: "Tıxacların günahkarı sürücülərdir"

Yol polisi: "Tıxacların günahkarı sürücülərdir"
Bütün Xəbərlər
13:37 08.09.2011
1390
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakıda son günlər tez-tez yarana uzun tıxacların səbəblri barədə danışıb. Kamran Əliyev tıxacların yaranmasında elə sürücülərin özlərinin günahkar olduğunu deyir. “Xüsusilə pik saatlarda hamı istəyir ki, mənzilbaşına tez çatsın. Ona görə də, avtomobili tələsik idarə edirlər. Yolvermə mədəniyyəti və s. sonda tıxacların yaranmasına səbəb olur”.BDYPİ rəsmisi tıxacın ekoloji postun qarşısında gedən qazıntı işləri nəticəsində yaranması ilə əlaqədar yaranan fikirə də münasibət bildirib. “Ekoloji postun qarşısında yeni, müasir mühafizə və xəbərdarlıq sistemi (şlanqbaun) quraşdırılır. Lakin gedən tikinti işləri yolda hərəkətə maneə yaratmır. Tıxacın yaranmasına səbəb bu deyil”.Yol polisi tıxacın yaranmasının əsas səbəblərindən birinin maşının çox olması ilə əlaqələndirir. “Yol sistemi bu qədər avtomobil üçün nəzərdə tutulmayıb. Hazırda Bakıda 650 min avtomobil qeydiyyatdadır. Bundan əlavə hər gün şəhərə 50 mindən çox maşın daxil olur. Bu qədə avtomobil olan dar yollarda təbii ki tıxac yaranar”.Kamran Əliyev tıxacların yaranmasının digər səbəbini onsuzda dar olan küçələrdə dayanan taksilərdə görür. O bununla bağlı yol polisinin hər gün mübarizə apardığını, lakin bunun hələ də nəticə vermədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR