Yol polisi toy karvanları ilə bağlı ciddi xəbərdarlıq etdi

Yol polisi toy karvanları ilə bağlı ciddi xəbərdarlıq etdi
Bütün Xəbərlər
13:26 20.09.2013
1002

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlar tərəfindən daxil olmuş narazılıqlar əsasında toy karvanları ilə bağlı yenidən reydlər keçirmək niyyətindədir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. V.Əsədovun sözlərinə görə, son vaxtlar bəy-gəlin cütlüyü avtomobilinin müşayiətində iştirak edən sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı məlumatlar daxil olur. Belə ki, pik saatlarında "toy karvanları"nın müəyyən istiqamətlər üzrə hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması süni sıxlığın, tıxacların yaranmasına səbəb olur. Toy karvanında iştirak edən avtomobillər tərəfindən yolun hərəkət zolaqları tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yolayrıclarını keçmə qaydaları pozulur, yolboyu səs siqnallarından lüzumsuz istifadə olunur, ehtiyac olmadan asta sürətlə hərəkət edilir. Bundan əlavə, yola bitişik şadlıq sarayları qarşısında dayanmış avtomobillərin hesabına yol daralır, həmin yol üzrə gediş-gəliş çətinləşir. Bu və ya digər nöqsanlar pik saatlarında tıxacların yaranmasına, o cümlədən paytaxt sakinlərinin narahatlığı və haqlı narazılığına səbəb olur: "Daxil olmuş məlumatlar əsasında bildiririk ki, bununla bağlı yenidən reydlərin keçirilməsi zərurəti yaranır. Əvvəla, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ailə qurmaq istəyən gəncləri təbrik edir və onların yaxın qohumlarına gözaydınlığı verir. Bununla yanaşı, toy karvanında iştirak edənləri ciddi nizam-intizama dəvət edirik. Xəbərdarlıq edirik ki, paytaxt ərazisində quraşdırılmış kameraların köməyi ilə toy karvanlarında iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq qaydaları pozanlar barəsində müvafiq cəza tədbirləri görüləcək." Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edən bölmə rəisi toy karvanlarında iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Xahiş edilir ki, yollarda sıxlığın, süni tıxacların və digər hərəkət iştirakçılarına narahatlığın yaranmaması üçün toy karvanında iştirak edən avtomobillərin sayını azaltsınlar. Axı 15-20 avtomobilin bəy-gəlini müşayiət etməsinə nə lüzum var? Toy karvanında 5-6 maşın da olsa, yetərlidir. Məgər avtomobillərin sayı az olsa, bu, bəy və gəlinin gələcək həyatında nəyisə dəyişəcək?!"

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı