Yol polisi vətəndaşlara müraciət etdi

Yol polisi vətəndaşlara müraciət etdi
Bütün Xəbərlər
17:21 04.12.2013
687

Respublika Baş Dövlət Yol Polisi İdarəsi barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və piyadalara xəbərdarlıq edərək bildirir ki, cərimələrini vaxtında ödəməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq əlavə cəza tədbirləri görüləcək. Ona görə də əlavə problemlərlə rastlaşmaq istəmirlərsə, diqqətli olmalı və ödəmələri vaxtında etməlidirlər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, yol polisi tərəfindən barələrində inzibati protokol tərtib edildikdən sonra təyin olunmuş cərimələri vaxtında ödəməyən şəxslərin sayı getdikcə çoxalır. Bu isə sonda yalnız həmin şəxslərin özü üçün əlavə problemlərin yaranması ilə nəticələnir:

"İnsanlar arxayın olur ki, cəriməni hələ 1 ay müddətində ödəyə bilərlər. Hərənin də bir problemi var. Sonra da ödəmə yadından çıxır, amma protokolu, ya da KİV-də xatırlatma görəndə birdən onun da cəriməsi olduğu yadına düşür. Hamı bilir ki, qalan cərimə məbləğinin üstünə dəbbə pulu gəlir. Sürücülər Daxili İşlər Nazirliyinin rəsmi internet saytına girib sürücülük vəsiqəsinə dair rekvizitləri daxil edərək tez-tez özləri barədə məlumata baxa, orada ödənilməmiş cərimə məbləği, cərimə balı barədə məlumatları öyrənə bilərlər. Ola bilər ki, kimdəsə artıq 9-10 cərimə balı var. O anlamalıdır ki, bir dəfə də balla qiymətləndirilən qayda pozuntusuna yol versə, onun sürücülük hüququ məhdudlaşdırılacaq. Onlar belə şeylərə diqqət yetirməlidirlər. Bir az xatırlatma işinə fikir vermək lazımdır ki, sürücünün, piyadanın yadına düşsün ki, ona bir müddət əvvəl protokol yazılıb. Onun aqibəti nə oldu? Sürücü fikirləşməlidir ki, cəriməni ödəmədiyi təqdirdə bütün hallarda problemlə rastlaşacaq".

K.Əliyev həmçinin qeyd edib ki, cərimələrin ödənilməməsi hallarından bir çoxu avtomobili etibarnamə ilə satdıqdan sonra yaranır: "Belə ki, avtomobilin əvvəlki sahibi hansısa qayda pozuntu edir, sonra da deyir ki, maşını satıram və problemlə rastlaşmayacağam, saxlayanda da maşını satdığım adamı saxlayacaqlar, o da ödəyər. Amma fikirləşmir ki, 2 ay müddətinə cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin saxlanması barədə qərar çıxır. Həmin avtomobili kimin idarə etməsindən asılı olmayaraq, o, saxlanılaraq duracağa qoyulur. Yəni cərimə ödənilməyəndə avtomobili satdığı adamın yox, məhz həmin şəxsin sürücülük hüququ məhdudlaşdırılır".

Şöbə rəisinin fikrincə, yol hərəkəti qaydalarını pozduğuna görə barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və piyadaların cərimələri vaxtında ödəməməsinə görə cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur. Onsuz da qanunvericilikdə sərt cəzalar müəyyən edilib. Burada sadəcə hərdən xatırlatmaya ehtiyac var: "Cərimə 3 iş günü ərzində ödənəndə o şəxsə 10% güzəşt edilir. Cərimə 30 gün ərzində ödənməzsə, bundan sonra artıq hər günə görə həmin cərimə məbləğinin üstünə 2%-i qədər dəbbə pulu gəlir. Bu dəbbə pulu 3 aydan artıq olmamaq şərtilə gəlir. Amma qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla təyin edilmiş əsaslar olmadan ödənilmədikdə 2 aydan sonra inzibati xətanı törədərkən istifadə olunan nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul edilir.

Sərnişin və piyadalarla bağlı prosedur da eyni qaydada aparılır. Sadəcə nəqliyyat vasitəsindən istifadə etmədiyinə görə, sadəcə piyadanın və ya sərnişinin də barəsində inzibati protokol tərtib edilibsə, ona da 3 gün müddətində güzəşt imkanı verilir. Sonra 30 gün ərzində ödəməsə, 3 ay müddətində həmin şəxsə dəbbə pulu hesablanır. Əgər 3 aydan sonra da cərimə məbləğini və dəbbə pulunu ödəməsə, məsələ icbari icraya yönəldilir, yəni məhkəməyə verilir. Məhkəmənin müvafiq qərarından sonra icraçılar həmin şəxsin ya əmlakını müsadirə, ya da digər yollarla onun borclu olduğu məbləğin ödənilməsini təmin edəcəklər. Ümumilikdə bu məsələ İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən tənzimlənir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
21:11 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb
20:53 01.07.2025
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi təcrübəli qapıçısı ilə vidalaşıb