Yol Polisindən çəkələklə bağlı sürücülərə müraciət: "Ayaq tərləyir və sürüşür"

Yol Polisindən çəkələklə bağlı sürücülərə müraciət: "Ayaq tərləyir və sürüşür"
SOSİAL
17:02 05.06.2017
7053
Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər.
 
Yol polisinə gizli fəaliyyət qadağan edildi Mütəxəssislərə görə, belə ayaq geyimləri qəzaların baş vermə riskini artırır. Qanunvericilikdə ayaq geyimi ilə bağlı heç bir qadağa olmasa da, Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobil idarə edən zaman rahat, qapalı ayaqqabılara üstünlük versinlər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, DYP sürücülərə nəqliyyat vasitəsini dabanı açıq ayaqqabılarla idarə etməməyi tövsiyə edir:
 
"Nəqliyyat vasitəsini ayaqyalın idarə etmək də təhlükə yaradır. Çünki sürücünün özünün də xəbəri olmadan ayağının altında kiçik daş qırığı, şüşə qırığı qala bilər. Həmin qırıntı pedalla ayağın altı arasında qalsa, sürücü ekstremal vəziyyətdə əyləci bassa, həmin qırıntı onun ayağına batacaq və sürücü özündən asılı olmayaraq ayağını pedaldan çəkəcək. Bu da qəza vəziyyəti yarada bilər".
 
K. Əliyevin sözlərinə görə, dabanı açıq ayaqqabılarla nəqliyyat vasitəsi idarə edərkən ayaqqabının hər an ayaqdan çıxma, pedala ilişib qalma ehtimalı artır. DYP-nin sürücülərə tövsiyəsi də bundan irəli gəlir: "Sürücü avtomobil idarə edərkən dabanını yerə dirəyir. Açıq ayaqqabıda sürücü dabanını elə saxlayanda açıq ayaqqabı ayaqdan sürüşür, bu da sürücünün çaşmasına və qəzanın baş verməsinə səbəb ola bilər. Amma konkret olaraq qanunvericilikdə ayaq geyimi ilə bağlı hər-hansı bir qadağa yoxdur. Buna görə də, heç kim cərimə edilə bilməz". "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, daban hissəsi açıq ayaqqabılar, "vyetnamkalar", çəkələklər və s. bu kimi ayaqqabılarla avtomobil idarə etməklə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur:
 
"Amma sükan arxasında olan sürücünün ayaq geyiminin onun çevikliyinə böyük təsiri var. Açıq ayaqqabılarda ayaq sürüşə bilər, müəyyən hərəkətlərə mane ola bilər. Qəza zamanı saniyənin belə böyük hökmü olur. Yəni saniyə içində sürücü ayağı ilə əyləci sıxa bilməsə, qəza baş verəcək. "Vyetnamkada" və çəkələkdə ayaq tərləyir və sürüşür, bu da çevikliyə mane olur".
 
Ekspert bildirir ki, insanlar təhlükəsizliyi düşünürsə, avtomobil idarə edərkən belə ayaqqabılar geyməməlidir. Muradlı deyir ki, bu tip ayaq geyimləri ilə adətən qadın sürücülər avtomobil idarə edir: "Ümumiyyətlə, alimlər sübut edib ki, qadınlar qəza zamanı gecikir. Bir az bu gecikmə, bir az ayaq geyiminin təsiri qəzanın baş verməsinə səbəb olur. Buna görə də, istər qadın, istərsə də kişi sürücülər avtomobil idarə edərkən qapalı, rahat ayaq geyiminə üstünlük verməlidir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR