Yol polisindən Röyanın qayda pozuntusuna münasibət - VİDEO

Yol polisindən Röyanın qayda pozuntusuna münasibət - VİDEO
Bütün Xəbərlər
00:59 11.09.2014
2809

Müğənni Röya Ayxan “İnstagram” səhifəsində müzakirələrə səbəb olacaq video paylaşıb.

Lent.az-ın məlumatına görə, ifaçı avtomobilini idarə edərkən azyaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib. Yol hərəkət qaydasını pozan ifaçı videoya özünəməxsus şərh yazıb: “Bu videoya baxıb, öldüm gülməkdən. Oğlum maşında qabaqda oturmaq üçün dava edən zaman onu yol polisi ilə qorxuduram. Hətta yolda polis olmayanda da deyirəm “kamera çəkir”, “görəcəklər”. Uşaq indi kamera görən kimi ayaq altında gizlənir”.

Avtosfer.az məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. O, sözügedən videodan xəbərsiz olduğunu bildirib: “Bu videonu görməmişəm. Gərək baxım. Amma Röya azyaşlı oğlunu ön oturacaqda əyləşdiribsə, bu, qanun pozuntusudur. Uşaqlar üçün xüsusi oturacaqlar mövcuddur. Həmin oturacaqlardan istifadə olunmalıdır. Mən inanmaram ki, Röya Ayxan oğlunun həyatına biganədir".

OXŞAR XƏBƏRLƏR