"31 mart 2012-ci il tarixdə Bakının Nərimanov rayonunu Gənclik dairəsində piydalarla bağlı reydə düşmüşəm və Nərimanov rayon Yol Polisi Şöbəsində polis əməkdaşı Ə.Almuradov tərəfindən tərtib etdiyi 497501 saylı protokolda təyin olunmuş 10 manat cəriməni ödəyə bilmirəm.
Buna səbəb Yol polisinin səhlənkarlığıdır. Həmin adda olan protokoldakı cəriməni ödəmək üçün “Kapital bank”a getsəm də, bankdan həmin kodda əcnəbi vətəndaşın adının çıxdığı bildirilib. Buna görə də martın 31-də edilən cəriməni yol polisinin səhlənkarlığından ödəyə bilməmişəm.
Protokolların kodlarının səhv salınması qəsdən edilə bilər. Bu da ona görə ola bilər ki, vətəndaş tətbiq edilən cəriməni müəyyən edilmiş 1 ay ərzində ödəyə bilməsin və cəriməni ödəmək barədə müddət başa çatandan sonra cərimənin üstünə ödənilmədiyi hər günə 1 manat əlavə pul tutulur. Buna görə də protokolun kodu qəsdən səhv qeyd olunur.
Baş vermiş qanunsuz hərəkətlə bağlı bu gün Daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Nazirdən yaranan problemin həll edilməsi üçün müvafiq olaraq göstəriş verməsini istəmişəm.
Həmçinin, Gənclik dairəsində məni saxlayan polis əməkdaşı Ə.Almuradov üstümdə şəxsiyyətimi təsdiq edən sənədin olmasına baxmayaraq, yerində protokol tərtib etməyib. Məni Nərimanov rayon Yol Polisi Şöbəsinə aparaq, orada protokol tərtib edib. Bununla da polis əməkdaşı Ə.Almuradov qanunu pozub. Cəriməni ödəyəndən sonra polisin hərəkətindən müvafiq qaydada məhkəməyə müraciət edəcəm".