Yol polisinin rəis müavini qəzaya düşdü- VİDEO

Yol polisinin rəis müavini qəzaya düşdü-  VİDEO
Bütün Xəbərlər
14:35 25.04.2015
2912

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini yol-nəqliyyat hadisəsi ilə üzləşib.

İdarədən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Park Bulvar” Ticarət Mərkəzinin qarşısında baş verib. Sərxoş sürücü maşını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin idarə etdiyi xidməti avtomobilə vurub. Xəsarət alan olmayıb.

Qəzaya səbəb olan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR