Yol polisinin sürücüyə vurduğu ziyanı kim ödəməlidir?

Yol polisinin sürücüyə vurduğu ziyanı kim ödəməlidir?
Bütün Xəbərlər
09:36 12.09.2012
1061
Avtomobillərin qadağan olunmuş yerlərdən evakuator vasitəsilə aparılması tez-tez sürücülərin etirazına səbəb olur.
Eevakuatorların avtomobilləri niyə aparmasını yox, avtomobil aparılarkən ona hansı ziyanın dəyməsi və belə olan halda avtomobil mülkiyyətçisinin nə etməli olduğunu araşdırdırılıb.
Yol polisinin evakuatorları maşınlara hansı ziyanı vura bilər?
Azərbaycan Texniki Universitetinin Avtomobil Nəqliyyatı fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlov bildirdi ki, avtomat və ya mexaniki sürət qutulu nəqliyyat vasitələrdən asılı olmayaraq, evakuatora yüklənmə qoşub dartma üsulu ilə aparılırsa, müəyyən qədər problem yaranır. Mütəxəssisin sözlərinə görə, ötürmələr qutusu əl əyləcinə qoşulu vəziyyətdə olursa, evakuator onu məcburi şəkildə fırlatmaq istəyir. Ona görə də avtomobilin istər təkər hissəsi, təkər qovşağı, ötürmələr qutusu, əyləc sisteminə müəyyən ziyan toxundura bilər. Avtomobili bloklanmış şəkildə və ya çəp şəkildə dartdıqda isə onun ban hissəsinin elementləri evakuatorun tərpənməz hissələrinə sürtünə bilər.
Daha çox ziyan avtomat sürət qutulu maşınlara dəyir
S.Gözəlov hesab edir ki, bütün bu kimi ziyanların olması evakuatorun konstruksiyasından asılıdır. Xaricdə qaldırıcı manupuliyatorlar tipli evakuatorlardan istifadə olunur. Həmin evakuatorlar elastik qurğularla təchiz olunur və avtomobili qaldıraraq platformasına qoyur.
“Evakuator praktik olaraq daha çox avtomat sürət qutusu ilə təchiz edilmiş avtomobillərə ciddi ziyan vura bilər. Dartma nəticəsində avtomat sürət qutusunun elektron idarəetmə sistemi məcburi şəkildə dartılır ki, bu da nəticədə ziyan törədə bilər. Elektron idarəetmə sisteminin təmiri isə böyük xərc tələb edir”, - deyə S.Gözəlov əlavə etdi.
Əgər sürücüyə ziyan dəyibsə...
HüquqşünasMüzəffər Baxışisə təklif edir ki, avtomobilə qadağan olunmuş yerdən yol polisi tərəfindən evakuatorla aparılması nəticəsində ziyan dəyibsə, sürücü mütləq məhkəməyə müraciət etməlidir. Hüquqşünas Milli.Az-a açıqlamasında bildirdi ki, bu problem çox ciddidir və məhkəmədə sürücüyə ziyan dəyilməsi mülki qaydada sübut edilməlidir: “Evakuator avtomat sürət qutusu olan avtomobilləri cərimə meydançasına apararkən dişli çarxını zədələyir. Avtomobil sahibinə ziyan qəsdən vurulubsa, onun miqdarından asılı olaraq dəymiş ziyan ödənilməlidir. Əgər ziyan 1000 manatdan yuxarıdırsa, bilməyərəkdən baş veribsə, ehtiyatsızlıqdan əmlakı məhv etməyə görə, qəsdən ziyan vurulubsa, qəsdən əmlakı məhv etməyə görə cinayət işi başlamaq olar. 1000 manata qədər dəymiş ziyana görə inzibati xəta var”.
Qanunun verdiyi imkanlardan istifadə edilməlidir
M.Baxış qeyd etdi ki, nədənsə insanlar hüquqi üsullardan istifadə etmirlər. Ona görə də, evakuatorlar bundan sui-istifadə edirlər. Artıq qanunun verdiyi imkanlardan istifadə edilməlidir. Belə olanda artıq mədəniyyət formalaşacaq və evakuatorlar maşına caninin maşını kimi yox, inzibati hüquq pountusu olan maşın kimi münasibət bəsləyəcək.
"Maşınların evakuatorlar tərəfindən aparılması qaydası ləğv edilməlidir”
M.Baxışın fikrincə, yol polisinin avtomobilin evakuatorla cərimə meydançasına aparılmasını inzibati hüquq pozuntusu kimi dəyərləndirmək düzgün deyil. “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, qadağan olunmuş yerdə saxladığına görə protokol yerində tərtib edilib bir nüsxəsi maşına, digəri isə sürücünün qeydiyyatda olduğu ünvana göndərilə bilər.
“Bu, qanunda olsa belə, avtomobillər evakuatorla cərimə meydançasına aparılır. Ona görə də, təklif etmişdim ki, İnzibati Xətalar Məcəlləsindən evakuatorla aparmaq məsələsi çıxarılsın. Pozuntunun müəyyən edilməsi maşın mülkiyyətçilərinin hüquqlarına ziyan vurur. Ona görə də, dövlət maşınların evakuatorla aparılması qaydasını ləğv etməlidir”.
//milli.az
OXŞAR XƏBƏRLƏR