Yol qəzası 3 yaşlı uşağın həyatına son qoydu

Yol qəzası 3 yaşlı uşağın həyatına son qoydu
Bütün Xəbərlər
16:25 20.12.2012
1081

Bərdə rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən saat 20:00 radələrində Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində qeydə alınıb.Belə ki, Laçın rayon sakini Valeh Zeynalov “Mitsubishi-Pajero” markalı avtomaşını idarə edərkən onu aşırıb.Nəticədə maşındakı sərnişinlərdən - sürücünün 3 yaşlı nəvəsi Valeh hadisə yerində ölüb, xəsarət almış - oğlu Talehə və gəlini Fərqanəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

OXŞAR XƏBƏRLƏR