Bərdə rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən saat 20:00 radələrində Bərdə rayonunun Mustafaağalı kəndi ərazisində qeydə alınıb.Belə ki, Laçın rayon sakini Valeh Zeynalov “Mitsubishi-Pajero” markalı avtomaşını idarə edərkən onu aşırıb.Nəticədə maşındakı sərnişinlərdən - sürücünün 3 yaşlı nəvəsi Valeh hadisə yerində ölüb, xəsarət almış - oğlu Talehə və gəlini Fərqanəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.