Yol qəzası Balaxanını qazsız qoydu - FOTOLAR

Yol qəzası Balaxanını qazsız qoydu -  FOTOLAR
Bütün Xəbərlər
10:26 08.10.2014
958

Bakının Balaxanı qəsəbəsi qazsız qalıb.

Sərxoş sürücünün törətdiyi qəza nəticəsində Balaxanı qəsəbəsini təbii qazla təmin edən boru xətti sıradan çıxıb. 

Balaxanı qəsəbəsində yerləşən parkın qabağında baş verən qəza zamanı sərxoş sürücünün idarə etdiyi "HOWO" markalı maşın "Moskviç", VAZ 2107, VAZ 21015 markalı avtomobilləri də ciddi ziyan dəyib. 

Qəza zamanı xəsarət alan olmasa da, VAZ 21015 markalı avtomobil yararsız vəziyyətə düşüb. 

Qəsəbənin icra nümayəndəliyindən bildirilib ki, qısa müddətdə qəsəbənin qazla təhcizatı bərpa olunacaq. 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR