Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün saat 15:00-dan səfər başa çatanadək hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Lermantov, teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.Yol polisi sürücülərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması və alternativ yollardan istifadə olunmasını tövsiyyə edir.