Yollar təmir edilir

Yollar təmir edilir
İQTİSADİYYAT
14:52 28.07.2012
2072

Prezident İlham Əliyevin Qobustan rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzaladığı sərəncama əsasən Qobustan–Xilmilli avtomobil yolunun tikintisi davam edir. Uzunluğu 23 km olacaq yolun inşasında 100-dən çox texnika və 120 nəfər işçi heyəti çalışır. Tikinti işləri başa çatandan sonra 6 kəndin 13 min nəfərdən çox sakininin rayon mərkəzinə gediş gəlişi asanlaşacaq. Bundan başqa 6 km uzunluğu olan Sabir-Təklə yoluna da asfalt döşənir. Yayın sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR