Yolu keçən 46 yaşlı piyada maşın zərbəsi ilə öldü

Yolu keçən 46 yaşlı piyada maşın zərbəsi ilə öldü
Bütün Xəbərlər
08:34 21.01.2013
933
Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yolu keçmək istəyən 46 yaşlı Mansurova Narın Lətif qızı naməlum atomaşının zərbəsi ilə üzləşib. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Narın Mansurovanı vuran sürücü isə ona heç bir yardım göstərmədən idarə etdiyi avtomaşınla birgə hadisə yerindən yayınıb.Mərhumun oğlu Səməd Ələkbərov naməlum sürücünün anasını bir müddət yerdə sürüdüyünü bildirib.BDYP idarəsindən verilən məlumata görə, piyadanı vuran sürügünün tapılması istiqamətində axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR