Gəncənin Nəriman Nərimanov küçəsində iki piyadanı maşın vurub.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Göygöl şəhər sakini 1980-ci il təvəllüdlü Röya Fətullayev Gəncənin Nərimanov küçəsində idarə etdiyi “Mersedes “markalı avtomobillə yolu keçmək istəyən Bərdə rayon sakini 1972-ci il təvəllüdlü Zaur Əhmədlini vuraraq hadisə yerindən qaçıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış təbiri nəticəsində R.Fətullayev saxlanılaraq İstintaq və Tədqiqat idarəsinə təhvil verilib.Başqa bir hadisəni də Göygöl rayon sakini törədib. Rayonun Qızılqaya qəsəbə sakini, 1984-cü il təvəllüdlü Avazov Kənan idarə etdiyi QAZel markalı avtomobillə Nərimanov prospektində qəza törədib. O, yolu keçmək istəyən, Gəncədə N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən, Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü Mahmur Musayevi vurub. Bədən xəsarətləri alan əsgər hərbi hospitala yerləşdirilib. Hər iki fakt üzrə Gəncə Şəhər Baş Polis İdarəsində tədqiqat aparılır.