‘Youth in Business ‘ Milli biznes çempionatının qalibi məlum oldu

GƏNCLİK
10:35 23.05.2012
2383

"IB Club”-un təşkil etdiyi formatına və məqsədinə görə bir ilk olan "Youth in Business" milli biznes çempionatı uğurla yekunlaşdı. Ümumilikdə 7 komandanın iştirakı ilə keçirilən çempionatda komandalar təhsil sektorunun müxtəlif sahələrinə aid biznesplanlar təqdim etdilər.

AZXEBER.COM-a verilən məlumata görə, çempionatda İqtisad Universiteti 3, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti və “IB Club” hərəsi 1 komanda ilə təmsil olunurdu.

Müxtəlif iş adamları və marketoloqlardan ibarət olan münsiflər heyətinin sonda verdiyi qərar nəticəsində qalib DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI-nın təqdim etdiyi biznes oldu.

Xatırladaq ki çempionat 20 may 2012-ci il tarixində keçirilmişdir.

“Youth in Business” “IB Club” məhsuludur .

OXŞAR XƏBƏRLƏR