Yük maşını ilə təyyarə toqquşdu - FOTO

Yük maşını ilə təyyarə toqquşdu -  FOTO
Bütün Xəbərlər
11:55 04.11.2014
1064
Amerikanın Los-Ancele şəhərində yük maşını ilə təyyarənin iştirakı ilə qəza olub.Aviasiya yanacağı dolu yük maşını beynəlxalq hava limanında dayanacaq edən boş təyyarə ilə toqquşub. Los-Ancelesin yanğın söndürən xidmətinin nümayəndələri hadisənin təxminən gecə yarısı baş verdiyini açıqlayıb.Toqquşma nəticəsində yük maşınının sürücüsü kabinədə sıxılıb qalıb. Xilasedicilər zərərçəkmişi maşının içindən çıxara biliblər. Xəstəxanaya yerləşdirilmiş sürücünün vəziyyəti ilə bağlı açıqlama verilmir.Yanacağın alışması baş vermədiyindən yanğın böyük miqyaslı olmayıb. Polis fövqəladə vəziyyətin səbəblərini araşdırır.
OXŞAR XƏBƏRLƏR