Şəkidən Qax rayonuna ov məqsədi ilə gəlməsi ehtimal olunan Şəki sakini İnşallah İbrahimovun yük avtomobilindən odlu silah tapılıb.Qax rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ağçay kəndi ərazisində hərəkətdə olan “Qazel” markalı yük maşınına baxış keçirilib. Şəki rayon Cuma kənd sakini 34 yaşlı İnşallah İbrahimovdan avtomobilin oturacağının altında gizlətdiyi özünə məxsus Toz-8 markalı 5.6 çaplı yivli tüfəng və onun üzərindən 37 ədəd 5.6 çaplı patron aşkar edilərək götürülüb.Qax RPŞ-nə aparılan İnşallah İbrahimov müvafiq iltizam alındıqdan sonra yaşadığı ərazini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Faktla bağlı araşdırmalar aparılır.