Yük qatarı ilə sərnişin qatarı toqquşdu: 8 nəfər yaralandı
Bütün Xəbərlər
12:22 07.01.2013
930
Türkiyənin Elazığ şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 8 nəfər yaralanıb. Hadisə Elazığın mərkəzində baş verib. Yük qatarı stansiyada dayanmış sərnişin qatarına arxadan çırpılıb. Yaralananlardan ikisi ekipaj üzvləri olub.Hadisə yerinə gələn mülki müdafiə xidmətinin əməkdaşları bir-birinə yapışan qatarları ayırmaq üçün bir neçə saat səy göstərib.