Yüksək sürət bir gəncin həyatına son qoydu

Yüksək sürət bir gəncin həyatına son qoydu
Bütün Xəbərlər
14:01 15.11.2013
773

Ötən gecə Zaqatala rayonu Muxax kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un müxbirinə rayon Polis Şöbəsindən verilən məlumata əsasən, 25 yaşlı İslam Atayev Muxax kəndi Nizami küçəsində “VAZ-21012” markalı, “90 LE 082” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirmiş, əvvəlcə qaz borusuna, sonra isə divara çırpılıb.Nəticədə ağır bədən xəsarətləri alan İslam Atayev təcili yardım maşını vasitəsilə dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Atayev aldığı ağır bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR