Yüksək sürət, daha bir qəza- VİDEO

Yüksək sürət, daha bir qəza- VİDEO
Bütün Xəbərlər
13:47 19.05.2014
952
Yüksək sürətin səbəb olduğu daha bir qəza Abşeron rayonu ərazisində qeydə alınıb.
ANS TV-nin məlumatına görə, Höküməli dairəsindən üzü Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edən “VAZ 2106” maraklı minik avtomobili, sürücünün idarəetməsindən çıxıb. Nəticədə sükana nəzarəti itirən jiqulinin sürücüsü, Zaur İsmayilova məxsus “Kamaz” markalı yük avtomobilinin arxasına çırpılıb.
Toqquşmanın təsiri o qədər gücülü olub ki, jiquli yolun ortasına aşıb. Yük maşının sürücü qəzanın qəfildən baş verdiyini bildirməklə yanaşı, hadisə zamanı “VAZ 2106”-da xəsarət faktının olmasına da aydınlıq gətirdi.
Yük maşınının sürücüsü Zaur İsmayilovun sözlərinə görə, “necə dəydi bilmədim, sürücünü təcili yardım apardı, bir arvad bir uşaq düşdü başqa maşına mindi.”
Qəza yerinə gələn Yol Patrul Xidməti və Abşeron rayon polis idərəsinin əməkdaşları müvafiq müayinələr aparıb. Onlar bildiriblər ki, sürücünün və avtomaşında olan sərnişinlərin şəxsiyyətlərini müəyyən etməyə çalışsaq da, buna nail ola bilmədik. Çünki, yaralı sürücünün hansı səhiyyə ocağına aparıldığı nə polislərə, nə də ki hadisə şahidlərinə bəlli idi. Polis əməkdaşlarından aldığımız yeganə məlumat isə avtoqəza ilə bağlı iki versiya oldu. Polislər yol nəqliyyat hadisəsinə əsas səbəb kimi yüksət sürət amili göstərsələrdə, sürücünün sükan arxasında yuxulamasını da digər ehtimal kimi irəli sürdülər. Hər halda Abşeron polisində aparılacaq istintaq , qəzanın tam təfərrüatlarına aydınlıq gətirəcək.
OXŞAR XƏBƏRLƏR