YUNESKO ilə BDU anlaşdı

GƏNCLİK
18:47 14.12.2011
2406
Bu gün BDU-da YUNESKO ilə Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilib. Memoranduma əsasən BDU öz akademik proqramı çərçivəsində YUNESKO-nun bioetika üzrə əsas tədris kursunun sınağında iştirak edəcək, YUNESKO isə öz növbəsində, BDU-ya bu istiqamətdə lazım olan köməyi göstərəcək. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, akademik Abel Məhərrəmov bioetika elminin Azərbaycanda inkişaf etməsinin vacibliyindən söz açaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərindən danışıb.Təqdimat mərasimində YUNESKO-nu Azərbaycan Respublikasındakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil edib. G.Əfəndiyeva bildirib ki, BDU ilə imzalanmış Memoranduma YUNESKO-nun ölkə və ya region nümayəndəliyi deyil, YUNESKO-nun Baş ofisi tərəfdaş çıxır. Bu da ölkəmizə olan xüsusi diqqətin göstəricisi olmaqla yanaşı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahəyə olan xidmətlərinin nəticəsidir.Adı çəkilən Memorandumun effektiv şəkildə reallaşdırılması üçün millətvəkili Aytən Mustafayevanın rəhbərlik etdiyi AMEA-nın İnsan Hüquqları İnstitutu ilə BDU arasında Anlaşma Memorandumu imzalanıb. İki qurum arasında imzalanan anlaşma ümumi maraqlara əsaslanan elm və təhsil sahəsində əməkdaşlıqla yanaşı bioetika və tibbi hüquq sahəsi üzrə əməkdaşlığın detalları da əks olunmuşdur. Bu Anlaşma nəticəsində bioetika fənninin 2011-2014-cü illər ərzində Universitetin planına salınması nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, son iki il ərzində bioetika elminin inkişafı Azərbaycanda yeni təkan alıb.

OXŞAR XƏBƏRLƏR