Yuri Qaqarinin qızı Bakıya gəlib - FOTO

Yuri Qaqarinin qızı Bakıya gəlib - FOTO
Bütün Xəbərlər
19:05 03.10.2014
1994
Qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
Bu gün IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizdə qonaq olan “Moskva Kremli” Dövlət Tarixi Qoruq-muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Yuriyevna Qaqarina, onun həyat yoldaşı Vladimir Mixail Yuryeviç, Lermontov nəslinin nümayəndəsi Yelena Vladimirovna Lermantova və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova ilə Azərbaycan Milli İncəsənət Muzeyində görüş keçirilib.
AZXEBER.COM Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Milli İncəsənət muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə “Moskva Kremli” Dövlət Tarixi Qoruq-muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrinin perespektivlərindən söhbət açılıb.
Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
OXŞAR XƏBƏRLƏR