Yusif Eyvazovun “Koroğlu” operasındakı ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

Yusif Eyvazovun “Koroğlu” operasındakı ifası milli opera üçün yeni dövrün başlanğıcıdır
MƏDƏNİYYƏT
14:42 29.09.2025
343
Heydər Əliyev Sarayının səhnəsi dünya şöhrətli dramatik tenor Yusif Eyvazovun ilk dəfə Üzeyir Hacıbəylinin əfsanəvi "Koroğlu” operasından partiya ifa etməsi ilə Azərbaycanın mədəni həyatının mərkəzinə çevrildi.
 
Bu musiqi gecəsi anşlaqla keçdi və uzun alqışlarla yekunlaşaraq bir daha Azərbaycan musiqisinin gücünü və onun dünya operası üçün əhəmiyyətini təsdiqlədi.

1937-ci ildə dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılmış "Koroğlu” operası Şərqdə Avropa üslubunda yazılmış, eyni zamanda dərin milli ənənələrlə zəngin əsər kimi tarixdə mühüm yer tutur. Xalq qəhrəmanının ədalətsizliyə və zülmə qarşı mübarizəsindən ilham alan opera azadlıq, şərəf və cəsarət mövzularını birləşdirir. Möhrəşəm xorları, qəhrəmanlıq ariyaları və muğamla ayrılmaz bağı "Koroğlu” operasını Azərbaycanın mədəni kimliyinin simvollarından birinə və dünya musiqisinin əsl incisinə çevirir.

Əsərin özəlliyi ondan ibarətdir ki, Üzeyir Hacıbəyli qəhrəmanlığı yüksək epik dramaturgiya ilə birləşdirərək və səhnə gücünü, müasir ahəngini qoruyub saxlayaraq zamana meydan oxuyan bir opera yaradıb. Miqyaslılığı və bədii bütövlüyü sayəsində "Koroğlu” haqlı olaraq milli musiqi sənətinin ensiklopediyası hesab olunur.

"La Skala” (Milan), "Kovent Qarden” (London), "Verona Arenası”, Vyana Dövlət Operası və Paris Milli Operası kimi nəhəng səhnələri fəth etmiş Yusif Eyvazov üçün bu çıxış sadəcə karyerasında yeni zirvə yüksəlişi ilə Vətənə qayıdış idi. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini icra edən Eyvazov beynəlxalq nüfuzu milli operanın dirçəldilməsi və yenilənməsi missiyası ilə birləşdirir.

"’Koroğlu’ partiyasını ifa etmək həyatımın və karyeramın ən əlamətdar anlarından biri oldu. Bu opera Azərbaycanın ruhunu əks etdirir. Onu belə bir səhnədə, öz xalqım üçün canlandırmaq böyük şərəf və nəhəng bir məsuliyyətdir. Bu gün biz təkcə tariximizə ehtiram göstərmədik, həm də onun gələcəyinə yeni bir səhifə açdıq. Əminəm ki, bundan sonra Azərbaycanda hər mövsümün ilk opera tamaşası məhz bu əsərlə açılacaq», — deyə Yusif Eyvazov bildirib.
Premyera mədəniyyət xadimlərini, diplomatları, sənətçiləri və musiqi həvəskarlarının yeni nəslini bir araya gətirərək gecəni əsl milli hadisəyə çevirdi. Bu anın rəmzi mənası aydın idi: dünya səviyyəli sənətkar doğma yurduna qayıdaraq onun ən böyük bəstəkarının şahəsərini yenidən və fərqli bir tərzdə təqdim edir, bununla da, Azərbaycan operası yenilənmiş dövrün astanasına qədəm qoyur.

Dünya miqyasında tanınan və aparıcı partiyaların – Radamesin ("Aida”), Kalafın ("Turandot”), De Grienin ("Manon Lesko”), Kanionun ("Məzhəkəçilər”) və bir çox digər rolların ifaçısı olan Eyvazov vokal virtuozluğu dərin dramatik təcəssümlə birləşdirmək bacarığı ilə məşhurdur. Onun "Koroğlu” partiyasındakı debütü yalnız repertuarında yeni mərhələ deyil, həm də istedadının universallığını təsdiqləyən növbəti sübut kimi Azərbaycan operasının dünya mədəniyyətinin xəritəsindəki mövqelərini möhkəmləndirdi.

Premyera uzun alqışlarla, tamaşaçıların ayaqüstə ehtiramı ilə başa çatdı və Yusif Eyvazovun ifasında "Koroğlu”nun sadəcə milli klassikanın dirçəldilməsi deyil, həm də Azərbaycan operasının yenidən doğuluşunun rəmzi olduğunu təsdiqlədi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı