“Səkkiz” filminin televiziyada da yayımı dayandırıldı - Hikmət Rəhimovdan açıqlama

“Səkkiz” filminin televiziyada da yayımı dayandırıldı - Hikmət Rəhimovdan açıqlama
SOSİAL
15:20 17.01.2026
2684
Xəbər verdiyimiz kimi, "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.

AZXEBER.COM-un məlumatına görə, quruluşçu rejissoru və baş rol ifaçısı olan aktyor Hikmət Rəhimov məsələyə münasibət bildirib. O, yaydığı açıqlamada bunları qeyd edib:

"Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım. Birinci azərbaycanlılara - həm burada, həm xaricdə yaşayan həmyərlilərə "Səkkiz" seriına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən bir dövlət qurumuna serialla bağlı görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.

"Səkkiz" serialında yaş həddi +18-dir. Yayım saatı 23:00-da ARB televiziyasındadır. 10 yanvar 2025-ci il tarixində efirə gedib. Yayım zamanı efirə söyüş getdiyi üçün həmən işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb".

H.Rəhimov bildirib ki, ekran işinin yayımı televiziyada və yutubda da dayandırılıb:

"İndi gələk əsas məsələyə: bir tək buna görə serialı həm yutub üzərindən, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm dövlət həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir.

Sonda hər şey üçün Allaha yenə sonsuz təşəkkür edirəm".

Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında" qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB" kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

"Səkkiz" serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı