"Yuventus" fransalı futbolçunu icarəyə götürdü

"Yuventus" fransalı futbolçunu icarəyə götürdü
İDMAN
22:03 13.01.2021
575
Fransanın "Nant" klubunun futbolçusu Abdulaye Dabo İtaliya "Yuventus"una keçib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Qvineya əsilli fransalı yarımmüdafiəçi Turin təmsilçisində mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

"Qoca sinyora" yayda 20 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Dabo bu mövsüm "Nant"ın B komandasında 5 oyun keçirib.
OXŞAR XƏBƏRLƏR