“Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasından Cənubi Azərbaycandan olan yazar Sayman Aruzun “Yüz il inqilab” kitabı dərc olunub. AZXEBER.COM-un məlumatına görə, roman Güney Azərbaycanın indiki durumuna güzgüdür; burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur.Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar.Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır.Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır.Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağı qərar verir.