'ÖZ Klub' sosial şəbəkələrdə toplaşan gəncləri bir araya gətirdi - FOTOLAR

GƏNCLİK
11:30 25.12.2012
2578

ÖZ Klub - Qlobal Gənclər Klubunun Təhsil Departamenti 22.12.2012 tarixində Diplomat Hoteldə artıq uzun zamandır gənclərin səbrsizliklə gözlədiyi talk show həyata keçirdi. “Sosial şəbəkələrin gənclərin həyatında rolu və təsiri" mövzusunda keçirilən talk showda ekspertlərin dəyərli fikirləri gəncləri maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi

22 Dekabr 2012-ci il tarixində Diplomat hotelde "Sosial şəbəkələrin gənclərin həyatında rolu və təsiri" mövzusunda Talk Show keçirildi. Artıq uzun zamandır gənclərin səbrsizliklə gözlədiyi tədbirdə gənclər öz fikirlərini səsləndirdi, ekspertlərə suallarını ünvanladılar. Talk show-da ÖZ ixtisasında professional olan və yetərincə tanınmış ekspertlər iştirak etmişdir. Regional Psixologiya Mərkəzinin direktoru Murad İsayev sosail şəbəkələrin mənfi və müsbət cəhətlərini psixoloji yöndən, Embawood şirkətinin marketinq direktoru İlkin Manafov internet marketing və marketinqin sosial şəbəkələrdə rolu haqqında danışdı. Həmçinin sosial şəbəkələrlə bir başa əlaqədə olan gənc blogger Pirim Pirimov öz təcrübəsini və fikirlərini, tanınmış tele-aparıcı Murad Əzimzadə sosial şəbəkələrin günümüzdə işimizi daha rahat və praktik etməyindən, AZXEBER.COM informasiya portalının həmtəsisçisi Hacıbəy Heydərli günümüzdə gənclərimizin daha çox online informasiya vasitələrindən yararlandığını və hətta TV-nin belə sosial şəbəkələrlə rəqabət apara bilmədiyini vurğuladı.

Ekspertlərlə yanaşı tədbirdə xüsusi qonaqlar da öz yerini almışdı. Blogger-Fərid Hacıyev,Orxan Səlimov; aktiv twitter istifadəçiləri-Məryam Abdullayeva, Sahib Mədətov; aparıcı və jurnalist-Ramin İbrahimov talk Show zamanı mövzu barədə öz fikirlərini səsləndirdi.

ÖZ Klubun mətbuat xidmətindən verilən məlumata görə bu ÖZ Klubun ardıcıl olaraq təşkil etdiyi sayca üçüncü talk show idi. Daimi olaraq aktual və gəncləri maraqlandıran mövzularda bu cür talk showlar təşkil olunur və gənclərlə bu sahədə mütəxəssis olan insanları görüşdürüb, müzakirələr aparılır.

OXŞAR XƏBƏRLƏR