Zabil Müqabiloğlunun övladı: "Atam mənə söz vermişdi ki, sağalacaq"

Zabil Müqabiloğlunun övladı: "Atam mənə söz vermişdi ki, sağalacaq"
SOSİAL
17:07 27.02.2017
2669

 

Təxminən bir neçə  ay əvvəl onunla xəstəxanada görüşmüşdük. Jurnalist mədə-bağırsaq qanaxması diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Zabil Müqabiloğlunun qaraciyər transplantasiyasına ehtiyacı var idi: "Vəziyyətim kritikdir, həkimlər də deyir ki, mütləq əməliyyat olunmalısan. Qaraciyər köçürülməlidir".

 

Sağlamlığına diqqət edəcəyinə söz vermişdi, ömür vəfa etmədi...

 

Bu gün doğmaları, əzizləri və həmkarları Zabilli son mən mənzilə yola salmaq üçün toplaşmışdılar

 

Mərhumun bibisi oğlu Rəşad Zabilin komadan ayılmadığını bildirib: "Ötən gecə müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) dünyasını dəyişib. Qəflətən vəziyyəti pisləşdi. Dərhal xəstəxanaya çatdırdıq. Heyf ki, yaşamadı. Səhiyyə Nazirliyi və xəstəxana heyəti əlindən gələn yardımı etmişdi. Komadan oyanmadı".

 

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. Jurnalistin 12 yaşlı oğlu Əli deyir ki, atası ona sağalacağını vəd edibmiş: "Dedi ki, mən indi yaxşılaşmışam, analizlərimi verməyə gedəcəm. Amma qaraciyəri ağrıyırdı".

 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də vida mərasiminə qatılanlar arasındaydı: "Azərbaycan jurnalistikasına böyük itkidir. Tanınmış və istedadlı jurnalist Zabil Müqabiloğlu biz tərk edib. Zabil mənimlə "525-ci qəzet"də, sonradan isə "Yeni Müsavat" qəzetində çalışıb. Avropa Şurasında səfərlərdə olanda Zabil də iclasları işıqlandırmaq üçün bizimlə gedərdi. AŞPA-nın iclaslarında iştirak edirdi. Azərbaycan dövlətçiliyinə xidmət eləyən yazılar yazırdı".

 

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da həmkarı ilə bağlı fikirlərini bölüşdü: "Zabil bizim hamımızın dəyərli dostumuz və qardaşımız olub. Onunla jurnalistikaya bir yerdə gəlmişik.  Bu gündən sonra "Zabili qoruya bilmədik" təəssüfü ilə yaşayacağıq. Onu qorumaq üçün nə qədər səylər göstərdik, qoruya bilmədik".

 

Zabil Müqabiloğlu Pirşağı qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulan qəbiristanlıqda valideynlərinin və qızının yanında dəfn olundu.

 

Allah rəhmət eləsin!

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim