Zabratda yol polisinə tabe olmayan sürücü qəza törədib

Bütün Xəbərlər
20:26 19.12.2010
1895

Sabunçu rayonu Zabrat qəsəbəsində yol polisinə tabe olmayan sürücü qəza törədib. Hadisə bu gün səhər saatlarında Oktyabr küçəsində baş verib. 10 SX 993 dövlət nömrə nişanlı,“BMW” markalı avtomobilin sürücüsü Dövlət Yol Polisinin əməkdaşlarına tabe olmayaraq maşını saxlamayıb və idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Araşdırmalar nəticəsində məlum olub ki, sürücü Zaur Etibar oğlu İmanov avtomaşını sürücülük vəsiqəsi olmadan idarə edirmiş. Bu barədə Sabunçu rayonu DYPİ-nin tədqiqat şöbəsinin rəisi Natiq Əliyev məlumatında bildirib. “Sürücü qanuni hüquqa malik olmadan maşını idarə edib. Onun səriştəsizliyi nəticəsində avtomobil işıq dirəyinə çırpılıb”, - deyə Natiq Əliyev vurğulayıb.Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR