Zakir Həsənov hərbi hissədə - FOTOLAR

Zakir Həsənov hərbi hissədə - FOTOLAR
Bütün Xəbərlər
19:10 19.08.2014
1637
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını və Xalça Muzeyini ziyarət ediblər.
AZXEBER.COM Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sonra hər üç ölkənin müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar.
Bununla da Türkiyə və Gürcüstan müdafiə nazirlərinin ölkəmizə rəsmi səfəri başa çatıb.
OXŞAR XƏBƏRLƏR