Zakir Həsənov hərbi qulluqçuları sevindirdi

Zakir Həsənov hərbi qulluqçuları sevindirdi
Bütün Xəbərlər
18:05 22.05.2015
4686

Müvafiq komissiyalar yaradılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

AZXEBER.COM Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsəyuxarı idarəetməorqanına göndərməlidir.

Qaydaların elektron versiyasını burdan yükləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR