Zakir Qaralov Ukrayna prokuroruna müraciət etdi

Zakir Qaralov Ukrayna prokuroruna müraciət etdi
Bütün Xəbərlər
17:52 24.05.2012
989
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov “Ukrayna Azərbaycanlıları Konqresi”nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 mayın 9-da Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın Baş prokuroru Viktor Pşonkaya müraciət edib.
AZXEBER.COM-un məlumatına görə, müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub.Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR