Zakir Qaralovun qovduğu prokurora hökm oxundu

Zakir Qaralovun qovduğu prokurora hökm oxundu
Bütün Xəbərlər
12:35 01.12.2014
1061
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Vüsal Müslümov 12 il, Sergey Biserev isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş S. Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunublar. V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR