Zaqatalada iki ev yanıb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, birinci yanğın hadisəsi rayonun Kebeloba kəndində, Nurəddin Məhyəddin oğlu Məhərrəmova məxsus, ümumi sahəsi 150 kv/m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib.Yanğın nəticəsində N.Məhərrəmova məxsus evin yanar konstruksiyaları və içindəki əşyalar yanaraq yararsız hala düşüb. Məlumatlara görə, N. Məhərrəmov evi özü yandırıb.Digər yanğın hadisəsi fevralın 13-dən 14-nə keçən gecə rayonun Danaçı kəndində, Mustafayev Vüqar Əshabəli oğluna məxsus, ümumi sahəsi 140 kv/m olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib.Yanğın nəticəsində evin 100 kv/m sahəsinin yanar konstruksiyaları və əşyaları yanaraq yararsız hala düşüb.