AZXEBER.COM Kanal S-ə istinadən bildirir ki, Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Zaqatala şəhəri, Azərbaycan prospekti 39/1 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Aynur Ramazanəli qızı Abakarova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 25 yaşlı Aynur Abakarova xeyli miqdarda dərman qəbul edib.
Ailəli və bir övlad anası olan Aynur Abakarova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və ona lazımi ilkin tibbi yardım göstərilib. Aynur Abakarovanın dərmanları hansı məqsədlə içməsini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.