Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "QAZ-3110" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.