Azad Azərbaycan Televiziyasında (ATV) yayımı dayandırılan “Onun yarısı” verilişi barədə yeni təfərrütlar əldə etmişik. Yayımı dayandırılan verilişin aparıcısı Zaur Baxışəliyev ölkədən qaçması barədə xəbərlər yayılıb. Zaur Baxışəliyev Türkiyədə olduğu bildirilir. ATV-nin məşhur teleaparıcısının Türkiyəyə qaçması barədə yayılan məlumatlar nə təsdiq, nə də təkzib edilir.
Qeyd edək ki, qəzetimizin ötən sayında Zaur Baxışəliyevin verilişinin insan alveri ittihamına görə, bağlnaması barədə məlumat dərc etmişdik. Hüquq-mühafizə orqanlarına istinadən dərc edilmiş həmin məlumatda deyilir ki, bir qrup qadın həmin verilişə öz oğlanlarını çıxardaraq, ora gələn qızları almağa razı olduqlarını bildiriblər. Bununla bağlı həmin telekanaldakı layihə çərçivəsində Bakıda yerləşən şadlıq sarayında toy mərasimi qurulur. Toy mərasimindən sonra həmin qızları Dubay və Türkiyəyə apararaq, cinsi istismara məruz qoyurlar.
Eyni zamnada verilişdə Nənəxanım adlı qızın Rusiyada yaşayan azərbaycanlı biznmesmenlə evlənməsi barədə də məlumat yer almışdır. Həmin məlumata görə, Nənəxanım “ərini” qarət edib və qaçıb. Azərbaycanlı biznesmendə Daxili İşlər Nazirliyinə Nənəxanım barəsində şikayət edib. Dünən əldə etdiyimiz məlumata görə, Nənəxanım adlı qadın da Türkiyədədir./// BizimYol qəzeti